Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-02,
Seanews
Heyder Eliyev

ADDA-da Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub

Azərbaycan Dövlət Dəniz Akademiyasında “Humanitar fənlər” kafedrasının təşkilatçılığı ilə xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Tədbiri “Humanitar fənlər” kafedrasının müdiri, dosent İlqar Abdullayev açaraq Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri, elmi-pedaqoji fəaliyyəti və milli ədəbiyyatımızda, təfəkkür tariximizdə rolu barədə danışıb.

Sonra böyük şairin həyat və yaradıcılığını əks etdirən videomaterial nümayiş etdirilib. Tələbələrin çıxışlarında Bəxtiyar Vahabzadə poeziyasının ideya-estetik mahiyyəti barədə fikirlər səsləndirilib.

Kafedranın baş müəllimi Ağarza Fətəliyev şairin milli ədəbiyyatdakı mövqeyi, sovet dövründə göstərdiyi mənəvi cəsarəti və “siyasi poeziya”nın əsas simalarından biri kimi rolundan bəhs edib.

Kafedranın baş müəllimi Sevinc Rzayeva “Bəxtiyar Vahabzadə və Azərbaycançılıq ideyası” mövzusunda çıxış edərək şairin milli kimlik şüuruna, insanın özünüdərk fəlsəfəsinə və Vətən sevgisinə dair fikirlərini təhlil edib.

Sonda Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş “Azərbaycan” mahnısı səsləndirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır