Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-04,
Seanews
Heyder Eliyev

"Doğu Akdeniz - 2025" təlimi keçirilib

Türkiyənin İzmir şəhərində "Doğu Akdeniz - 2025" (Şərqi Aralıq dənizi - 2025) dəvət təlimi keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimdə qardaş ölkənin hərbi qulluqçuları ilə yanaşı Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup heyəti, ABŞ-ın terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan Ordusunun dəniz patrul təyyarəsi iştirak ediblər.

Təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı iştirakçı ölkələrin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Qeyd edək ki, dəvət təliminə on doqquz ölkədən hərbi qulluqçular müşahidəçi qismində qatılıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır