ADDA ilə bp Azərbaycan arasında əməkdaşlığın əsası qoyulub
Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə bp arasında Əməkdaşlıq Sazişi imzalanıb.
Sazişi ADDA-nın rektoru vəzifəsi üzrə əmək funksiyalarının icrasını müvəqqəti icra edən, Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Eldar Qocayev və bp-nin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.
Potensial birgə layihələrin həyata keçirilməsi üçün əsas prinsipləri müəyyənləşdirən bu sazişin məqsədi Akademiyanın yüksək ixtisaslı dənizçi kadrlar hazırlamaq potensialını və təhsil-sənaye əməkdaşlığını dəstəkləməkdir.
Sənədin imzalanması tədbirində Akademiya ilə bp şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.
Qarşılıqlı anlaşma şəraitində keçən tədbirdən sonra qonaqlar Akademiya ilə tanış olublar.

