Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-19,
Seanews
Heyder Eliyev

Maliyyə sahəsi üzrə çalışan əməkdaşlar üçün xəzinədarlıq mövzusunda təlim təşkil edilib

AZCON Holding şirkətlərinin maliyyə sahəsi üzrə çalışan əməkdaşları üçün xəzinədarlıq mövzusunda təlim təşkil olunub.

ASCO-da baş tutan təlim “ABB-Invest” İnvestisiya Şirkətinin mütəxəssisləri tərəfindən keçirilib.

Təlim çərçivəsində iştirakçılara kapital bazarının ekosistemi, bazarda investisiya şirkətlərinin ümumi rolu, investisiya şirkətlərinin göstərdiyi xidmətlər və təklif olunan maliyyə məhsulları barədə ətraflı məlumat verilib. Eyni zamanda, qiymətli kağızların buraxılışı (aderraytinq) mövzusu üzrə praktiki izahlar təqdim olunub.

Sessiyanın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır