Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-19,
Seanews
Heyder Eliyev

ADDA-da Türkiyə universiteti ilə əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) rektoru vəzifəsini icra edən Eldar Qocayev Türkiyənin Yıldız Texniki Universitetinin prorektoru Hüseyin Yılmaz ilə görüşüb.

Görüşdə iki qardaş ölkənın dənizçi kadrlar hazırlayan ali məktəbləri arasında əməkdaşlıq imkanları diqqət mərkəzində olub.

E.Qocayev son dövrdə ölkədaxili və beynəlxalq əlaqələrimizin genişləndirilməsi, Dəniz Akademiyasının nüfuzunun və tədris imkanlarının yüksəldilməsi, maddi-texniki bazanın müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində görülən işlərdən danışıb və Türkiyənin top universitetləri ilə iş birliyinin perspektivlərini dəyərləndirib.

Professor Hüseyin Yılmaz Yıldız Texniki Universitetinin Türkiyənin dənizçi kadrlar hazırlayan ali məktəblərinin ilk üçlüyünə daxil olduğunu, Azərbaycan Dövlət Dəniz Akademiyası ilə qarşılıqlı faydalı əməkdaşlığın gələcəyinə çox nikbin baxdığını vurğulayıb. O, xüsusilə gəmi inşaatçıları və gəmi mexanikləri hazırlığında Yıldız Texniki Universitetinin təcrübəsilə bölüşüb, türk dünyasında ADDA-nın bütün təşəbbüslərinin dəstəklənməsinə hazır olduqlarını ifadə edib.

Görüşdə həmçinin müəllim və tələbə mübadiləsi, birgə elmi araşdırmalar, yay məktəblərinin təşkili və digər önəmli məsələlərə də toxunulub, müzakirələrin davamına və konkret istiqamətlərə fokuslanmasına ehtiyac olduğu bildirilib.

 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır