Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-23,
Seanews
Heyder Eliyev

ADDA və Malta Beynəlxalq Dəniz Hüququ İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsini icra edən Eldar Qocayev ilə Malta Beynəlxalq Dəniz Hüququ İnstitutunun (IMLI) direktoru, professor Norman A. Martínez arasında onlayn görüş keçirilib.

Görüş zamanı tərəflər dənizçilik təhsili və dəniz hüququ sahəsində mümkün əməkdaşlıq istiqamətləri üzrə geniş fikir mübadiləsi aparıblar.

Müzakirələr əsasən birgə təhsil və tədqiqat proqramlarının həyata keçirilməsi, Beynəlxalq Dəniz Təşkilatının bəyəndiyi hüquqi modulların ADDA-nın tədris proqramlarına inteqrasiyası, tələbə və müəllimlərin mübadilə imkanları, magistr və doktorantura səviyyələrində birgə elmi tədqiqatlar, eləcə də beynəlxalq tədbirlər və elmi nəşrlər sahəsində əməkdaşlıq perspektivlərini əhatə edib.

Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın institusional çərçivədə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb və növbəti mərhələdə konkret fəaliyyət mexanizmlərinin müəyyənləşdirilməsi barədə razılığa gəliblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır