ASCO-da “IFRS S2 – İqlimlə bağlı məlumatların açıqlanması” standartına dair təlim keçirilib
ASCO-nun Maliyyə və uçot departamentinin rəhbər və əməkdaşları üçün “IFRS S2 – İqlimlə bağlı məlumatların açıqlanması” standartına həsr olunmuş təlim təşkil edilib.
Təlim çərçivəsində standartın ümumi məzmunu və arxitekturası, ssenari təhlili və dayanıqlılıq yanaşmaları, eləcə də tətbiq mexanizmləri və fəaliyyət planının hazırlanması ilə bağlı praktiki məsələlər müzakirə olunub. Həmçinin iqlim risklərinin qiymətləndirilməsi, onların maliyyə göstəricilərinə təsiri və effektiv idarə olunması istiqamətində beynəlxalq təcrübə təqdim edilib.
“Galante Partners Consultıng” MMC-nin rəhbəri İlahə Əmirbəyovanın keçdiyi təlimin əsas məqsədi iqlimlə bağlı risk və imkanların açıqlanması sahəsində iştirakçıları beynəlxalq tələblərlə yaxından tanış etmək, davamlılıq hesabatlılığının keyfiyyətini artırmaq və müasir maliyyə hesabatlılığı çərçivəsində şəffaflığın gücləndirilməsinə töhfə verməkdir.
Bu təşəbbüs ASCO-da korporativ idarəetmə prinsiplərinin və davamlı inkişaf strategiyasının gücləndirilməsi, eləcə də beynəlxalq maliyyə hesabatı standartlarına uyğunluğun artırılması baxımından əhəmiyyət daşıyır.

