Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Şurasının növbəti iclası keçirilib
Azərbaycan Dövlət Dəniz Akademiyasının Elmi Şurasının növbəti iclası keçirilib.
Akademiyanın rektoru vəzifəsini müvəqqəti icra edən Eldar Qocayevin sədrliyi ilə baş tutan iclasda tədris prosesinin səmərəliliyi, akademiyanın elmi kadr potensialı və gələcək beşillik elmi-tədqiqat planları geniş təhlil edilib.
İclasda “Gəmi mexanikası və elektromexanikası” və “Gəmi sürücülüyü” fakültələri üzrə payız semestrinin imtahan nəticələri müzakirə edilib. Tədris prosesində səmərəliliyin artırılması məqsədilə fakültə dekanlarına müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, elmi kadr hazırlığı çərçivəsində 2 yeni doktorantın dissertasiya mövzusu müəyyənləşdirilib, 10 nəfərin attestasiya nəticələri təsdiqlənib və müasir dənizçilik trendlərinə uyğun 17 yeni fənn proqramı çapa tövsiyə olunub.
İclasda həmçinin, 2021-2025-ci illər üzrə elmi-tədqiqat işlərinin yekun hesabatları dinlənilib və növbəti beşillik üçün additiv texnologiyalar, gəmilərin qalıq resursunun proqnozlaşdırılması və rəqəmsal naviqasiyanın intellektuallaşdırılması kimi prioritet elmi-tədqiqat istiqamətləri müəyyən olunub.

