Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-27,
Seanews
Heyder Eliyev

“IMCA” rəqəmsal təlim platformasını yeniləyib

Beynəlxalq Dəniz Podratçıları Assosiasiyası – “IMCA” yenilənmiş rəqəmsal təlim platforması “IMCA Skills”i istifadəyə verib. Platforma dəniz sənayesində peşə bacarıqlarının inkişafı və səriştə tələbləri üçün əsas mərkəz kimi nəzərdə tutulur.

“Seanews.az” xəbər verir ki, yeni sistemə ilk olaraq Dinamik Mövqe Saxlama (DP) üzrə davamlı peşə inkişafı proqramı köçürülüb. Məqsəd bütün CPD məzmununu vahid, təhlükəsiz və istifadəsi asan platformada birləşdirməkdir.

“IMCA” bildirir ki, yenilənmiş platforma istifadəçilərə daha rahat giriş, inkişafın izlənməsi və onlayn/offlayn rejimdə daha çevik istifadə imkanları təqdim edəcək.

Təşkilatın texniki məsləhətçisi Riçard Pörser qeyd edib ki, əsas məqsəd istifadəçi təcrübəsini sadələşdirmək və sənayedə təhlükəsizlik və peşəkarlıq səviyyəsini artırmaqdır.

Proqram “Nautical Institute” tərəfindən verilmiş akkreditasiyasını saxlayır və DP operatorlarının sertifikatlarının yenilənməsi üçün qüvvədədir.

Təlimlə bağlı ətraflı burada: https://www.imca-int.com/skills/training-courses/ 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır