Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-17,
Seanews
Heyder Eliyev

ADDA-da “IMO e-Learning” təliminə start verilib

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Beynəlxalq Dəniz Təşkilatının (IMO) “e-Learning” platforması üzrə maarifləndirici təlim başlayıb. Təlimin əsas məqsədi professor-müəllim heyətini, doktorant və magistrantları, eləcə də tələbələri IMO-nun əsas fəaliyyət istiqamətlərini əhatə edən kurslar barədə məlumatlandırmaqdır.

Təlim proqramının ilk mövzusu “Dənizin neft məhsulları ilə çirklənməsinə qarşı hazırlıq, cavab tədbirləri və əməkdaşlıq üzrə giriş kursu” olub. Sessiya çərçivəsində iştirakçılara neft çirklənməsinə qarşı hazırlıq və cavab tədbirləri, bu sahədə beynəlxalq əməkdaşlıq mexanizmləri barədə fundamental biliklər təqdim olunub. Eyni zamanda, iştirakçılar “IMO e-Learning” platformasında təqdim olunan kursların məzmunu, əhatə dairəsi və praktiki əhəmiyyəti ilə tanış olublar.

Təlim müvafiq mövzu üzrə IMO sertifikatına malik Əlihüseyn Həziyev tərəfindən aparılıb. Maarifləndirici təlimdə Akademiyanın ixtisas kafedralarının əməkdaşları, peşəkar ingilis dili müəllimləri, doktorantlar, magistrantlar və tələbələr iştirak ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır