Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-04-10,
Seanews
Heyder Eliyev

ADDA-da tələbə və gənc tədqiqatçıların elmi-texniki konfransı keçirilib

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tələbə və gənc tədqiqatçıların “Dəniz nəqliyyatının inkişaf perspektivləri” mövzusunda elmi-texniki konfransı keçirilib.

Konfransın plenar iclası ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayevin giriş sözü ilə açılıb. O, konfransın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirib ki, bu kimi platformalar gənclərin elmi fəaliyyətə marağının artırılmasına, onların tədqiqat potensialının inkişafına və gəmiçilik sahəsinin kadr potensialının gücləndirilməsinə mühüm töhfə verir.

Tələbə Elmi Cəmiyyətinin sədri Ruslan Əlicanov və “Gəmi sürücülüyü” fakültəsinin magistrantı Fərid Nağıyev çıxışlarında belə konfransların gənc mütəxəssislərin elmi araşdırma bacarıqlarının inkişaf etdirilməsi və tədqiqat vərdişlərinin formalaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.

Akademiyanın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinin müdiri professor Nəsir Hüseynov konfransın gedişatı barədə məlumat verərək bildirib ki, professor-müəllim heyətinin səyi nəticəsində tələbələrin və gənc tədqiqatçıların elmi işlərə cəlb olunması və tədqiqat bacarıqlarının aşılanması sahəsində məqsədyönlü iş aparılır. Bunun nəticəsidir ki, konfransa 7 elmi bölmə üzrə ümumilikdə 167 məruzə mövzusu təqdim olunub.

Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib. “Gəmiqayırma və gəmi təmiri”, “Dəniz naviqasiyası”, “Gəmi energetik qurğuları”, “Gəmilərin elektrik avadanlıqları və avtomatikası”, “Mexanika”, “Riyaziyyat və informatika” və “Su nəqliyyatının humanitar və dilçilik məsələləri” istiqamətlərini əhatə edən bölmələrdə tələbələr və gənc tədqiqatçılar tərəfindən təqdim olunan məruzələr dinlənilib və dəniz nəqliyyatı sahəsində elmi-texniki yeniliklər, müasir çağırışlar və inkişaf perspektivləri müzakirə olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır