ADDA-da gəmi energetik qurğularına dair elmi seminar keçirilib
ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Gəmi energetik qurğularının nəzəri və praktiki problemləri” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Əli Abbasov, ASCO-nun texniki direktoru Rəşad Göyüşov, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir qrup müəllimi, eləcə də ADDA-nın əməkdaşları, doktorantları, magistrantları və tələbələri iştirak ediblər.
Məruzəçilər gəmilərdə energetik qurğuların istismarı, alternativ yanacaqlardan istifadə və ətraf mühitin mühafizəsi zamanı qarşıya çıxan problemlər, həmçinin süni intellekt və onun gəmiçilikdə tətbiqi mövzularında çıxış ediblər. İştirakçılara bu sahədə yeni yanaşmalar və texnoloji imkanlar barədə geniş məlumat verilib.
Seminarda iştirakçıların sualları da cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

