Dünyanın ilk tanker-muzeyinin könüllülərinə məzun sertifikatları təqdim edilib
ASCO-nun “Suraxanı” gəmi-muzeyində üç ay davam edən təcrübə proqramını uğurla başa vuran növbəti qrup könüllüyə məzun sertifikatı təqdim olunub.
Sertifikatların təqdimetmə mərasimində bildirilib ki, proqram müddətində iştirakçılar ekspozisiya zalında araşdırma və layihələrdə fəal iştirak edib, həmçinin müxtəlif sahələr üzrə bilik və bacarıqlarını artırıblar.
Qeyd edək ki, proqram "Suraxanı" gəmi-muzeyi və "Gənc Könüllülər" İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində 2022-ci ildən həyata keçirilir və indiyəyədək 580-dən çox gənci əhatə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

