Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar beynəlxalq konfrans keçirilib

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Su nəqliyyatının problemləri” mövzusunda XXI Beynəlxalq elmi-texniki konfrans keçirilib.

Konfrans Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda çıxış edən ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev Azərbaycanda dənizçilik sahəsinin inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, Ulu Öndərin rəhbərliyi dövründə dəniz nəqliyyatı infrastrukturunun inkişafı, milli kadr potensialının formalaşdırılması və dənizçilik təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Eldar Qocayev həmçinin beynəlxalq elmi-texniki konfransların elm, təhsil və istehsalat arasında əməkdaşlığın gücləndirilməsi, elmi nəticələrin praktik tətbiqi və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra Azərbaycan Texniki Universitetinin “Maşınqayırma texnologiyası” kafedrasının müdiri Əməkdar mühəndis, texnika elmləri doktoru, professor Nizami Yusubov çıxış edərək müasir dövrdə su nəqliyyatı sahəsinin inkişafında elmi yeniliklərin və yüksəkixtisaslı mütəxəssis hazırlığının vacibliyindən danışıb.

Azərbaycanla yanaşı Türkiyə, ABŞ, Rusiya və Ukraynadan olan alim və mütəxəssislərin iştirakı ilə keçirilən konfransda gəmiqayırma, gəmiçilik texnikası, su nəqliyyatının istismarı, təbiət elmləri, hüquq və humanitar sahələr üzrə onlarla məruzə dinlənilib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır