Təlim-Tədris Mərkəzində növbəti “DP Induction” və “DP Simulator” təlimləri keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Təlim-Tədris Mərkəzində (TTM) növbəti “DP Induction” və “DP Simulator” təlimləri təşkil olunub.
Beş gün davam edən təlimlər ingilis dilində keçirilib.
Təlimlərdə ümumilikdə 12 nəfər iştirak edib, onlardan biri xarici ölkə vətəndaşı olub.
Kurs proqramını uğurla başa vuran iştirakçılar yekun imtahanda müvəffəqiyyət qazanaraq sertifikatla təltif ediliblər.
ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibində fəaliyyət gösətərən Təlim-Tədris Mərkəzi Böyük Britaniyanın “The Nautical Institute” təşkilatı tərəfindən akkreditasiya olunub. Mərkəz dünyada “DP Induction”, “DP Simulator”, “DP Revalidation” və “DP Vessel Maintainer” təlimlərini keçirmək səlahiyyətinə malik 85 təlim mərkəzindən biri, Azərbaycanda isə bu sahədə yeganə qurumdur.

