Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-19,
Seanews
Heyder Eliyev

ADDA və Türk Loydu əməkdaşlıq imkanlarını müzakirə edib

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyası nümayəndə heyəti Türkiyəyə işgüzar səfər çərçivəsində Türk Loydunun nümayəndələri ilə görüşüb.

Görüşdə hər iki tərəfin fəaliyyət istiqamətləri barədə geniş təqdimatlar edilib, gələcək əməkdaşlıq imkanları və birgə layihələrin perspektivləri müzakirə olunub. Əsas diqqət dənizçilik təhsilinin inkişafı, beynəlxalq standartlara uyğunlaşdırılması və sənaye-universitet əməkdaşlığının gücləndirilməsinə yönəldilib. Bu baxımdan elmi-tədqiqat və innovasiya layihələrində birgə iştirak, beynəlxalq qrant proqramları üzrə əməkdaşlıq, ixtisaslaşmış təlim proqramlarının təşkili, ADDA tələbələri üçün təcrübə imkanlarının yaradılması və qarşılıqlı akademik təcrübə mübadiləsi vacib hesab edilib.

Səmərəli müzakirələrin nəticəsi olaraq tərəflər arasında ilkin razılıq əldə olunan istiqamətləri özündə əks etdirən qarşılıqlı anlaşma memorandumunun layihəsi hazırlanıb. Sənədin yaxın günlərdə hər iki qurumun rəhbərləri tərəfindən rəsmi şəkildə imzalanması nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır