Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

İzahlı dənizçilik terminləri

“Seanews.az” ixtisaslaşmış dəniz portalı yeni layihəyə başlayır. Azərbaycan Dövlət Dəniz Akademiyasının  İnformasiya resurs mərkəzi ilə birgə gerçəkləşən təşəbbüsün əsas məqsədi maarifləndirməkdir. Belə ki, bundan sonra saytımızda mütəmadi olaraq dənizçilik sahəsində istifadə olunan terminlər və onların izahları yerləşdiriləcək. Ümid edirik ki, maraqlı və faydalı olar. 1 “catwalk bridge” (pişik körpüsü) – gəmidə ensiz körpü, keçid; 2 “dead eyes” (ölü gözlər) – taxta yufers (yufers – gəmidə dor iplərini dartmaq üçün qarqara); 3  “brush” (fırça) – gəmi rəngsazı; 4 “dogs breakfast” (itin səhər yeməyi) – dolaşmış gəmi iplərinin topları; 5 “to send to the bottom” (dənizin dibinə göndərmək) – məhv etmək, öldürmək, batırmaq, boğmaq; 6 “half topsails under” (topsellərin yarısı aşağıda) – yelkənli gəmi digərini təqib edərkən,təqib olunan gəmiyə 12 mil qalanda onun yalnız yuxarı bramselləri görünür (12 milə yaxın məsafə); 7 “hair cut and shave” (saqqalın və saçın qırxılması) – gəminin sualtı hisəsinin yosunlardan və örtülmələrdən təmizlənməsi; 8 “hole in the beach” (sahildə deşik) – liman, port; 9 “to drop the hook” (qarmağı salmaq) – lövbər salmaq; 10 “hope in heaven” (göylərdə ümid) – yuxarı brizi tutmaq üçün ən yuxarıdakı yelkən (fr. “briz” – dəniz suyunun və sahilin temperatur fərqindən yaranan və sutka ərzində istiqamətini dövrü dəyişən mülayim külək); Qeyd: Aparılan araşdırmaya görə, bu ifadələr dəniz terminlərinin tərkibinə piratların jarqonundan daxil olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır