Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

miçilik “Xəzərimizi qoruyaq” adlı maarifləndirici tədbir keç

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İnsan Resurslarının İdarəedilməsi Departamentinin təşəbbüsü və Keyfiyyət, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi Departamentinin dəstəyi ilə gənclərin iştirakı ilə “Xəzərimizi qoruyaq” adlı maarifləndirici tədbir keçirilib. Tədbir “Bibiheybət” Gəmi Təmiri Zavodunun ərazisində baş tutub.  Əvvəlcə “Bibiheybət” Gəmi Təmiri Zavodunun Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi şöbəsinin rəisi Salman Zeynalov iştirakçıları tədbir zamanı zavod ərazisində təhlükəsizlik haqqında təlimatlandırıb. Sonra Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin ətraf mühitin mühafizəsi üzrə mühəndisi Sabir Kərimzadə “Beynəlxalq Dəniz Günü” və “Xəzər Həftəsi“ ilə bağlı iştirakçıları məlumatlandırıb. Bildirib ki, ətraf mühitin qorunması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC üçün əsas davamlı inkişaf meyarlarından biridir. Tədbirdə təyinatı liman, reyd və sahilyanı akvatoriyalarda dəniz səthindən neft məhsulları və bərk tullantıları yığmaq olan “Bulvar-1” gəmisinin texniki-istismar imkanları barədə də danışılıb. Gəminin işinin gedişatı əyani nümayiş etdirilib. Tədbirin davamı olaraq “Bibiheybət” Gəmi Təmiri Zavodunun sahil ərazilərində təmizlik işləri aparılıb, toplanılan zibil çeşidlənərək konteynerlərə yığılıb və ərazidən kənarlaşdırılıb. Tədbirin iştirakçıları Gəmiçiliyin müxtəlif strukturlarında çalışan, həmçinin Azərbaycan Dövlət Dəniz Akademiyası və nəzdində olan Azərbaycan Dənizçilik Kollecində təhsil alan gənclər olub. Ümumilikdə tədbirdə  50-ə yaxın əməkdaş iştirak edib. Onlar xüsusi fərdi mühafizə vasitələri ilə təmin olunublar. Qeyd edək ki, Beynəlxalq Dəniz Günü Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara əsasən 1978-ci ildən hər il qeyd olunur. Azərbaycanda sentyabr ayının son həftəsinə (“Xəzər Həftəsi”) təsadüf edən bu gün ictimaiyyətin diqqəti gəmiçiliyə və dənizlərin (o cümlədən, Xəzərin) mühafizəsinə cəlb edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır