Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

AR-ın 329 işçisi BOSIET kursuna cəlb ed

Bu il SOCAR-ın 329 işçisi BOSIET kursuna cəlb olunub. Şirkətin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 19-20-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində Böyük Britaniyanın Dəniz Neft-Qaz Sənayesi üzrə Təlim Təşkilatının (OPITO) “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim” (BOSIET) kursunun tədrisinin icra vəziyyəti ilə əlaqədar monitorinq auditi keçirilib. Tədris prosesi tam müşahidə olunub, hovuz-təlim kompleksinin infrastrukturuna və qurğularına baxış keçirilib, dərs planlarının və təlim ləvazimatlarının BOSIET standartına uyğunluğu yoxlanılıb. Təlim kursunun sənədləşdirilməsi, dinləyicilərin qeydiyyatının aparılması, standartlara dair siyasət, təlim kursunun idarəetmə və qiymətləndirmə prosedurları təhlil edilib. Audit zamanı sözügedən təlim mərkəzində cari ilin yanvar-oktyabr aylarında SOCAR-ın 329 nəfər işçisinin BOSIET kursuna cəlb olunduğu bildirilib, 2018-ci ildə 450-500 nəfər dinləyicinin bu kursda iştirakının proqnozlaşdırıldığı barədə məlumat verilib. Auditorun bəzi qeydləri və tövsiyələri növbəti il ərzində tətbiq edilməsi üçün nəzərə alınıb. 2016-cı ilin oktyabr ayında Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi 3 beynəlxalq təlim kursunun – “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim” (BOSIET), “Batmaqda olan helikopteri tərketmə üzrə təlim” (HUET) və “Dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim” (FOET) kurslarının tədrisi sahəsində OPITO tərəfindən akkreditasiya edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır