Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

G-nin nümayəndəsi “Neft dağılmalarına qarşı cavab tədbirləri” seminar-müşavirədə iştirak

Azərbaycan Respublikası Fövqəladə Hallar  Nazirliyinin  Akademiyasında Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin  təşkilatçılığı  ilə  “Neft dağılmalarına  qarşı  cavab  tədbirləri” mövzusunda  seminar-müşavirə  keçirilib. Ümummilli lider Heydər Əliyevin xatirəsinin anılması  ilə başlayan tədbirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətini Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi  (KSƏTƏMM) departamentinin  rəisi  Ələkbər  Əzizli  təmsil  edib. Ələkbər Əzizli “Gəmiçilikdə dənizin neftlə çirklənməsinin qarşısının alınması istiqamətində yerinə yetirilən tədbirlər” adlı məruzə ilə çıxış edib.  Bildirib ki,  çoxşaxəli dəniz xidməti göstərmək imkanına malik olan “AXDG” QSC-də ətraf  mühitin  mühafizəsi, o cümlədən ekoloji  idarəetmə yönümündə əhəmiyyətli işlər görülüb. Departament rəisi neft dağılmaları ilə mübarizə yönümündə icra olunan müxtəlif tədbirlər (Cəmiyyəyin “Fövqəladə və qəza hallarında ekoloji təhlükəsizlik haqqında tədbirlər  proqramı”,  gəmilərdəki  “Neft dağılmalarına qarşı gəmi fövqəladə mübarizə  planları”, “Böhran Qrupu”, həmçinin “Neftlə mübarizə”  təlim-məşqləri)  haqqında ətraflı məlumat verib. Fakt və  istinadlara əsaslanan məruzə  toplantı  iştirakçıları  tərəfindən  maraqla  qarşılanıb. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi tədbirdə Dövlət Neft Şirkətinin (SOCAR), BP Azərbaycan şirkətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Dəniz Administrasiyasının, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsi Su Nəqliyyatında Polis idarəsinin, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı QSC-nin nümayəndələri də iştirak ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır