Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

nizin gəmilərdən çirkləndirilməsinin qarşısını necə almaq o

Lissabonda Qara dəniz və Xəzər dənizi layihəsi benefisiarları üçün “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” təlim keçirilib. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Dəniz nəqliyyatı siyasəti şöbəsinin müdiri Nigar Bağırova və Dəniz üzgüçülüyü şöbəsinin Dəniz üzgüçülüyünün təşkili və limanlarla iş sektorunun aparıcı məsləhətçisi Emil Aydınovun iştirak etdiyi təlimə Gürcüstan, Ukrayna, Moldova, Türkmənistan, Qazaxıstan, Türkiyə və İran İslam Respublikalarının  nümayəndələri də qatılıb. Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin fəaliyyəti və “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın VI Əlavəsi haqqında təlim iştirakçılarına ümumi məlumat verilərək, Konvensiyanın VI Əlavəsinin tətbiqi, nəzarət və uyğunluq haqqında təqdimat keçirilib. Təqdimat zamanı bu sahədə qaydaların hazırlanması və cərimələrin tətbiqi üçün hüquqi bazanın formalaşdırılmasının,  Konvensiyanın VI Əlavəsinin tətbiqi zamanı aidiyyəti dövlət qurumlarının səlahiyyətlərinin müəyyənləşdirilməsinin, gəmi sənədlərinin uyğunluğunun yoxlanılmasının, gəmidən nümunələrin götürülməsinin və yoxlanılmasının, Beynəlxalq Dəniz Təşkilatına müvafiq məlumatların ötürülməsinin vacibliyi vurğulanıb. Azərbaycan tərəfinin təqdimatı zamanı Konvensiyanın və onun VI Əlavəsinin ölkəmiz tərəfindən ratifikasiya edilməsi, Konvensiyanın tətbiqi ilə bağlı cavabdeh qurumların səlahiyyətləri, bu sahədə verilən sertifikatlar, Dövlət Dəniz Administrasiyası tərəfindən təsdiq olunan sənədlər və tətbiqi ilə bağlı qəbul olunan qaydalar, eləcə də liman qəbuledici qurğuları, Dövlət Bayraq və Liman Nəzarəti müfəttişlərinin bu sahədə fəaliyyəti haqqında məlumat təlim iştirakçılarının diqqətinə çatdırılıb. Təlimdə həmçinin Konvensiyanın VI Əlavəsi – kükürd birləşmələri (SOx) haqqında təqdimat keçirilərək kükürd birləşmələrinin havanın çirkləndirilməsindəki rolu, yanacaq tərkibində kükürd birləşmələrinə qoyulan limitlər, kükürd emissiyalarına nəzarət zonaları (SECA), eləcə də kükürd birləşmələrindən yaranan qazların təsirini azaltmaq üçün istifadə edilə biləcək alternativ yollar haqqında danışılıb. Daha sonra, emissiyaların azaldılması üzrə metodlara dair keçirilən təqdimat zamanı aşağı kükürd tərkibli yanacağın istifadəsinin və ya gəmilərdə istifadə olunan yanacağın tərkibində yaranan kükürd birləşmələrinin təsirinin azaldılması üçün tətbiq oluna biləcək qaz tullantılarının təmizlənməsi sistemləri (EGCS), bioyanacaqlar, metanol tərkibli yanacaqlar və elektrik enerjisindən gəmilərdə istifadə edilməsi, həmçinin bu cür alternativ metodların faydalı və zərərli tərəfləri haqqında ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb. Təlim zamanı Konvensiyanın VI Əlavəsində kükürd birləşmələrinə dair qaydaların tətbiqi, nəzarət və uyğunluq haqqında təqdimat keçirilərək Konvensiyaya tərəfdar çıxmış dövlətlərin bayraq və liman dövləti öhdəlikləri, liman qəbuledici qurğular, yanacağın tərkibi və keyfiyyəti haqqında bir sıra vacib məlumatlar verilib. Həmçinin azot birləşmələri, onların formalaşması, azot birləşmələri üzrə texniki məcəllə, azot emissiyalarına nəzarət zonaları, azot birləşmələrindən yaranan tullantıların təsirinin azaldılması, bu sahədə yoxlama və sertifikatlaşma ilə əlaqədar, ozon dağıdıcı maddələr, onların təsirlərinin azaldılması, Montreal Protokolu, uçucu orqanik maddələr, insineratorlar və bu sahədə sertifikat və yoxlamalarla bağlı, enerji effektivliyinin dizayn indeksi, gəminin enerji effektivliyinin idarə olunması üzrə plan və Konvensiyanın VI Əlavəsinin enerji effektivliyi ilə bağlı qaydalarına dair təqdimatlar keçirilib. Enerji effektivliyinin dizayn indeksinin hesablanması, istixana qazlarının təsirinin azaldılması sahəsində Avropa Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin araşdırmaları haqqında məlumat təlim iştirakçılarının diqqətinə çatdırılıb. Təlimin sonunda isə iştirakçı dövlətlərin nümayəndələrinə sertifikatlar təqdim edilmişdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır