Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

nəlxalq Konvensiyaya edilən düzəlişlər qüvvəyə m

“Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın (MARPOL 73/78) 6-cı Əlavəsinin 4-cü bölməsinə edilən dəyişikliklər 2018-ci il martın 1-dən qüvvəyə minib.   Yeni tələblərə əsasən, ümumi tutumu  5000 ton və yuxarı olan gəmilər istifadə etdikləri hər növ yanacağa dair məlumatları toplamalı olacaqlar. Həmçinin yeni əlavələr Beynəlxalq Dəniz Təşkilatının “Gəmidə istifadə olunan yanacağa dair məlumat bazası”na daxil ediləcək məlumatları və müvafiq məlumatların gəmi tərəfindən təqdim edildikdən sonra veriləcək “Uyğunluq haqqında Şəhadətnamə”nin formasını özündə əks etdirir. Digər düzəlişlər isə sertifikat və  Dövlət Liman Nəzarəti ilə bağlı yeni tələblərin təmin edilməsi ilə bağlıdır. “Neftlə Çirkləndirmənin Qarşısının Alınması haqqında Beynəlxalq Şəhadətnaməyə Əlavə”nin (Forma B) yenilənməsi üçün “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın (MARPOL 73/78) 1-ci Əlavəsinə təcrid edilmiş ballast tankları ilə əlaqədar düzəlişlər  də qüvvəyə minib. Yeniliklər arasında dəniz mühitinə təhlükəli olan məhsullarla və “Zibillə Əməliyyat Jurnalı”nın forması ilə bağlı “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” 1973-cü il tarixli Beynəlxalq Konvensiyanın (MARPOL 73/78) 5-ci Əlavəsinə edilən düzəlişlər də yer alıb. Qeyd edilən düzəlişlər dəniz mühiti üçün təhlükəli olan tökmə yüklərin təsnifatlaşdırılması üçün meyarları, eləcə də bu cür təsnifləşən və dənizə axıdılmayan tullantıların gəmi sahibi (və yaxudda gəmi) tərəfindən bildirilməsinin təmin edilməsini özündə ehtiva edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır