Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

A ilə Mərakeş Ali Dəniz Araşdırmaları İnstitutu əməkdaşlıq edə

Azərbaycan Dövlət Dəniz Akademiyası ilə Mərakeş Ali Dəniz Araşdırmaları İnstitutu arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. İmzalanma martın 5-də Xarici İşlər Nazirliyində Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyanın ilk iclası çərçivəsində baş tutub. Sənədə Dəniz Akademiyasının rektoru Çingiz Əliyev və Mərakeşin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mohammad Adil imza atıblar. 5 illik müddətə imzalanan Niyyət Protokolu dənizçilik sahəsində təlim və tədqiqatlarla əlaqədar akademik əlaqələrin qurulmasını, tərəflər arasında mədəni, elmi və təhsil mübadiləsinin yaradılmasını və genişləndirilməsini, ümumi layihələrin və birgə proqramların həyata keçirilməsini nəzərdə tutur. Qeyd edək ki, Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyanın ilk iclası çərçivəsində danışıqlara Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır