zərin timsalında daxili su hövzələrinin problemlərinin öyrənilməsi ilə bağlı konfrans keçirilə
Xəzərin timsalında daxili su hövzələrinin problemlərinin öyrənilməsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək. 12-14 may 2018-ci il tarixlərində Bakıda AMEA-nın Coğrafiya İnstitutu və İslam ölkələrinin okeanoqrafiya üzrə beynəlxalq elm və texnologiya şəbəkəsinin təşkilatçılığı ilə “Daxili su hövzələrinin problemlərinin öyrənilməsi: Xəzər dənizi hövzəsi timsalında” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Sözügedən konfrans “iqlim dəyişmələrinin təsiri ilə holosen dövründən indiyə kimi Xəzər dənizi səviyyə tərəddüdlərinin dinamikası: regionun ekologiyasına və iqtisadi-sosial vəziyyətinə təsiri” mövzusunda beynəlxalq layihənin başlanğıc mərhələsidir və Xəzər dənizi, Aral dənizi, Urmiya və Van göllərinin öyrənilməsində xüsusi önəm daşıyır.