Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

A və TTM əməkdaşları İSO 9001 beynəlxalq standartının yeni 2015 versiyası üzrə sertifikatlandırılı

Azərbaycan Dövlət Dəniz Akademiyasında  İSO 9001 standartının yeni 2015 versiyasının tətbiqi məqsədilə 2017-ci ilin sonu və 2018-ci ilin əvvəllərində “İSO 9001:2015 standartı üzrə həm ADDA, həm də Təlim Tədris Mərkəzi əməkdaşları üçün müvafiq təlimlər baş tutub. ADDA-da təlimlər “Rus Registri” sertifikatlaşma Assosiasiyası, TTM-də “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Təlim tədris mərkəzi idarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması orqanı tərəfindən keçirilib. İSO 9001:2015 “Keyfiyyətli İdarəetmə sisteminə tələblər” mövzusunda aparılan təlimlərin  keçirilməsində məqsəd İSO 9001 beynəlxalq standartının yeni 2015 versiyasının tələbləri və onların tətbiqi, bu standartla işləyən hər bir təşkilatın yeni versiya əsasında auditə hazırlanması olub. Beş iş günü müddətində TTM əməkdaşları üçün davam edən təlimlər Beynəlxalq “İRCA” təşkilatının təlim proqramı əsasında və həmin qurumun üzvü Türkiyənin “Esenek Egitim Mərkəzi”-nin və Azərbaycan Standartlaşdırma İnstitutunun peşəkar təlimçi-müəllim heyəti tərəfindən aparılıb.   Akademiyanın keyfiyyət sahəsində siyasət və məqsədləri ilə onun fəaliyyətinin uyğunluğunu müəyyənləşdirən KMS fəaliyyətinin sistematik və sərbəst təhlili məqsədilə  auditin keçirilməsində səlahiyyətli olan daxili auditor qrupunun 5 nəfər, TTM-in isə 4 nəfər üzvü sertifikatlandırılıb. Qeyd edək ki, keyfiyyət sahəsində siyasət Akademiyada effektiv fəaliyyət göstərən keyfiyyət menecmenti sisteminə əsaslanır. 2002-ci ilin oktyabrından davamlı dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001 beynəlxalq standartı ilə işləyən Akademiyada 2010-cu ildən İSO 9001:2008 standartı tətbiq edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır