niz Nəqliyyat Donanmasında “Ümumi həyəcan” təlimi keçir
Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasında (DND) bilavasitə Donanma rəisinin tapşırığı və Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya (ƏMTTE) şöbəsinin təşəbbüsü ilə DND-nin Fövqəladə Hallar (FH) Komitəsinin sədrini, habelə Mülki Müdafiə (MM) Qərargahının rəisi və MM rəhbərlərini məlumatlandırmaqla günün ikinci yarısında “Yanğın” həyəcan siqnalı verilərək inzibati binada “Həyəcan” təliminə başlanıb. İnzibati binada çalışan əməkdaşlar təxliyə olunaraq təyin edilmiş “Toplantı” yerinə yönəliblər. ƏMTTE və MM əməkdaşları öz vəzifə borclarına başlayıblar. Təlimin növbəti mərhələsində FH Komitəsinin sədri və ƏMTTE şöbəsinin rəisi əməkdaşların bacarıq və səriştəsinin səviyyəsini yüksəltmək məqsədilə lazımi tövsiyyələrini veriblər. Yanğın profilaktikasının əməkdaşı isə yanğından mühafizə təlimi keçib. Belə təlimlərin gələcəkdə də mütəmadi olaraq keçirilməsi planlaşdırılır.