Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

miçilikdə biznes etikası və davranış qaydaları mövzusunda təlim keçir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də  növbəti təlim təşkil olunub. Uzun illər dənizdə çalışan kapitan Titos Giannakakisin təlimçiliyi ilə baş tutan bu dəfəki  məşğələ “Biznes etikası və davranış qaydaları fərqli millətlər, müxtəlif mədəniyyətlərin mövcud olduğu gəmiçilik şirkətlərində necə tətbiq olunur?” mövzusuna həsr edilib. Təlimdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin birinci müavini Mübariz Cabbarov, QSC-nin struktur və departament rəhbərləri, “Caspian Marine Services”in rəhbər heyəti və Amerika Gəmiçilik Bürosunun Xəzər regionu üzrə direktoru Ryan Salamti iştirak ediblər. AXDG-nin İstanbul ofisininin və Yunanıstan nümayəndəliyinin əməkdaşları isə təlimə video-konfransla qoşulublar. Titos Giannakakis iştirakçılara biznes etikanın mahiyyəti və korporativ davranış normaları, o cümlədən işəgötürən, komanda üzvləri, müştərilər, tərəfdaşlarla münasibətdə və ünsiyyətdə etik normalar barədə ətraflı məlumat verib. Təlimdə bildirilib ki, korporativ etikanın qaydalarına əməl etməklə şirkətin rəqabətqabiliyyətliyinin və əmək məhsuldarlığının yüksəldilməsinə, əməkdaşların faydalı iş əmsalının artırılmasına və işin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmaq mümkündür. Təlim interaktiv formada keçirilib. İştirakçıların mövzuyla bağlı fikirləri dinlənilib, sualları cavablandırılıb. Xatırladaq ki, bu növ təlimlər gələcəkdə də davam etdiriləcək. Əsas məqsəd Cəmiyyətin strateji hədəflərinə uyğun təlim və təhsilə olan ehtiyacları müəyyənləşdirərək  insan resurslarının davamlı inkişafını,  eləcə də personalın yeni istehsalat vəzifələrinin icrasına hazırlanmasını, işçilərin biliklərinin sistemli şəkildə yenilənməsini, əməkdaşların peşə mədəniyyətinin və peşə reytinqinin artırılmasını mütərəqqi təhsil və təlim metodları ilə təmin etməkdən ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır