Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

an ilə Rusiya Xəzərdə birgə hərbi təlim keçirəcək

İran ilə Rusiyanın Xəzər dənizindəki birgə hərbi təlimləri təhlükəsizliyi daha da möhkəmləndirəcək. Bu sözləri Siyasi və Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri Anatoli Tsiqanok deyib. Onun sözlərinə görə, Xəzəryanı dövlətlərin dənizə kənar ölkələrin hərbi dəniz qüvvələrini buraxmamaq haqqındakı qərarı çox düzgündür və təhlükəsizliyin davamlı olmasına xidmət edir. Xəzərdə ən güclü hərbi donanmaya İran ilə Rusiya malikdir. Bu dövlətlər də dənizin təhlükəsizliyini təmin etməlidirlər. Ekspert diqqətə çatdırıb ki, Xəzəryanı dövlətlərin Xəzər dənizindəki hərbi əməkdaşlığı terrorçuluğun, narkotik vasitələrin qaçaqmalçılığının və qanunsuz miqrasiyanın qarşısını səmərəli alar. Xatırladaq ki, ötən gün İranın Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Hüseyn Xanzadə İran ilə Rusiyanın Xəzər dənizində birgə geniş hərbi təlimlər keçirəcəklərini bəyan etmişdi. Azərtac


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır