Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-23,
Seanews
Heyder Eliyev

Nijni Novqorod vilayətinin Gəmiqayırma Klasterinin nümayəndə heyəti ADDA-da olub

Rusiyanın Nijni Novqorod vilayətinin Gəmiqayırma Klasterinin nümayəndə heyəti Azərbaycan Dövlət Dəniz Akademiyasında olub. Qonaqlar Akademiyanın gəmilərin layihələndirilməsi istiqamətində ixtisaslaşan müəllim və tələbələri qarşısında maraqlı təqdimatlarla çıxış ediblər.

“Seatech” şirkətinin rəhbəri Pyotr Yejov məruzəsində Azərbaycanlı tərəfdaşlarla iş birliyinin tarixindən danışaraq bildirib ki, ASCO üçün “Neptun” üzən dokunun layihələndirilməsində yaxından iştirak edib və bu əməkdaşlıqdan çox razı qalıb. Hazırda “Xəzərdənizlayihə” Elmi-Tədqiqat İnstitutu ilə birlikdə müxtəlif layihələrin hazırlanmasında sıx iş birliyi qurulub. ADDA-da ən müasir layihələndirmə sistemlərindən olan CADMATİC proqram təminatının tədrisinə dair yeni laboratoriyanın qurulması bu əməkdaşlığın bariz nümunəsidir.

Məlumat verilib ki, Nijni Novqorod vilayətinin Gəmiqayırma Klasterində cəmləşmiş şirkət və zavodlar Rusiyanın gəmi tikintisi sahəsində məhsullarının 60 faizini istehsal edir. Müasir tendensiyalara əsasən, istehsalçı şirkətlərin gəmi layihəsinin işlənməsində bilavasitə iştirakı və layihəyə uyğun gələn avadanlıqların gəmiqayırma müəssisəsinə təqdim olunması bütövlükdə inşaat prosesini sürətləndirir, gəminin maya dəyərini aşağı salmağa imkan verir.

Gəmilərin layihələndirilməsi, gəmi avadanlıqlarının, göyərtə mexanizmlərinin təchizatı və s. sahələrdə ixtisaslaşmış müxtəlif şirkətlərin başçılarının çıxışları xüsusilə tələbələrin böyük marağına səbəb olub. Qonaqlar suallara aydınlıq gətiriblər, gələcəyin gənc mütəxəssisləri ilə ünsiyyətdən razılıqlarını ifadə ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır