

ADDA-da 2020/2021-ci tədris ilinin yaz semestri fevralın 15-dən başlanır
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 2020/2021-ci tədris ilinin yaz semestri fevralın 15-dən başlanır.
Koronavirus pandemiyası ilə əlaqədar dərslər bakalavriat səviyyəsində ötən semestr olduğu kimi, “Microsoft Teams” platforması üzərindən onlayn qaydada, magistratura səviyyəsində isə hər qrupda 5 nəfərdən çox olmamaq şərtilə ənənəvi qaydada təşkil olunacaq.
ADDA-ya giriş-çıxış zamanı bütün lazımi karantin qaydalarına əməl edilməsi zəruridir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır