Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-27,
Seanews
Heyder Eliyev

ADDA-nın dəniz nəqliyyatı sahəsində ən son elmi nailiyyətlərə həsr olunmuş elmi jurnalı işıq üzü görüb

Hər il may ayında Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilimiş Beynəlxalq elmi-texniki konfrans keçirilir. Son 2 ildə pandemiya səbəbindən bu elmi-texniki konfrans onlayn qaydada təşkil olunur. Ən yaxşı elmi məqalələr “ADDA-nın elmi əsərləri” məcmuəsində dərc edilir.  

Bu günlərdə elmi jurnalımızın 2021-ci ildə ilk nömrəsi işıq üzü görüb. Dəniz nəqliyyatı sahəsində ən son elmi nailiyyətlərlə maraqlananlar jurnalımızla aşağıdakı linkdən tanış olub yükləyə bilərlər:

Proceedings of ASMA-2021 n1 

Jurnala daxil olan 31 elmi məqalədən 11-i xarici ölkə alimlərinindir. Müəllif kimi iştirak edən 14 xarici alim 5 ölkəni – Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və Qazaxıstanı təmsil edir. Azərbaycan, türk, rus və ingilis dillərində yazılan məqalələr gənc mütəxəssislərin elmi işlərinə fayda verməklə yanaşı, dənizçilik sahəsində də geniş istifadə oluna bilər.

Qeyd edək ki, jurnal dörd bölmədən (Gəmiqayırma və gəmi təmiri texnologiyası, Gəmiçilik və su nəqliyyatının istismarı, Gəmiçilik texnikası və Gəmiçilikdə təbiət elmləri) ibarət olaraq İSSN 2220-1025 indeksi altında təsdiqlənib. Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər siyahısına daxil olan jurnalda elmi dərəcə iddiaçılarının orijinal tədqiqatlarının nəticələri dərc edilir.

Redaksiya heyətinin 7 üzvü xarici ölkə alimləridir. Jurnalın baş redaktoru ADDA-nın rektoru, dosent Heydər Əsədov, elmi redaktoru  ADDA-nın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Vüqar Sadıqovdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır