Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-26,
Seanews
Heyder Eliyev

Dənizdə üzən elmi-tədqiqat mərkəzi

Bu yaxınlarda Amerikanın “Solus4” memarlıq və dizayn studiyası “İndoneziyanın Bali şəhərindəki Elmi-Tədqiqatlar Mərkəzinin Hind okeanında zəlzələ və sunami hadisələrinin öyrənilməsi” layihəsi üzrə beynəlxalq müsabiqənin qalibi olub.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, suda üzən və sahəsi 2500 kvadratmetr təşkil edən mərkəz vasitəsilə sunami dalğalarının gücünü və onun nəticələrini öyrənmək mümkün olacaq.

Məhsuldar iş və xoş istirahət üçün hər şeylə təmin olunan mərkəzdə sualtı laboratoriya, sinif otaqları və sualtı bağ, dəniz suyu olan hovuz, terras, bar, eləcə də konfransların və görüşlərin keçiriləcəyi zal fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır