Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Təlim Tədris Mərkəzinin iki əməkdaşı “Online təlimçi” kursunu uğurla başa vurub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinin (TTM) təlimatçıları Zaur Quliyev və İlqar Kərimov Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən Alman Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) "Business Scouts for Development" proqramının dəstəyi ilə həyata keçirilən “Online təlimçi” layihəsində iştirak ediblər.

Ötən ilin dekabrında başlayan və 5 ay davam edən layihənin əsas məqsədi ənənəvi təlim metodlarından virtual təlim və tədrisə keçid üçün mütəxəssis hazırlamaqdır.

Təlim zamanı iştirakçılar sinxron və asinxron kommunikasiya vasitələri ilə öyrənmə prosesi ilə tanış olublar.

Kursun sonunda dinləyicilərə sertifikatlar təqdim edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır