Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

ADDA-da təkmilləşdirmə və ixtisasartırma kurslarının imtahanları keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) aprel ayında təşkil olunan təkmilləşdirmə və ixtisasartırma kurslarının imtahanları keçirilib.

Gəmi sürücülərinin təkmilləşdirilməsi idarə etmə və istismar səviyyəsində, gəmi mexaniki idarəetmə, gəmi elektrik mexaniki də idarəetmə səviyyəsində keçirilib.

Bütün kurslar Beynəlxalq Dəniz Təşkilatının (İMO) “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" (DHDNÇ) Beynəlxalq Konvensiyasına uyğun keçirilib. Bununla belə, kurslar Azərbaycan Respublikası Dövlət Dəniz və Liman Agentliyi (DDLA) ilə razılaşdırılaraq ADDA-nın təsdiqlənmiş plan və proqramına uyğun təşkil olunub.

Pandemiya şəraitinə uyğun olaraq kursların nəzəri hissəsi onlayn rejimdə ZOOM proqramı ilə, praktiki məşğələ, trenajor dərsləri isə  ADDA-da əyani təşkil olunub.

Kursu müvəffəqiyyətlə bitirmiş dinləyicilərə DDLA-nın müvafiq sertifikatları təqdim ediləcək.

Qeyd edək ki, ADDA ölkədə fəaliyyət göstərən müxtəlif gəmiçilik şirkətlərinin sifarişi əsasında onların əməkdaşları üçün mütəmadi təkmilləşdirmə və ixtisasartırma kursları keçirir. Bu kurslarda fiziki şəxslər də iştirak edə bilirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır