Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-18,
Seanews
Heyder Eliyev

ADK-da müasir tipli tədris auditoriyası istifadəyə verilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdindəki Azərbaycan Dənizçilik Kollecində müasir tipli tədris auditoriyası istifadəyə verilib.

Əsaslı təmir olunan auditoriyada qabaqcıl texniki avadanlıqlarla təmin olunub.Tədris otağında internetə sərbəst çıxış imkanı yaradılıb. Həmçinin, otaq fərdi kompüterlər və elektron lövhə ilə təchiz edilib.

Auditoriyada cari ilin tədris planında nəzərdə tutulmuş İKT fənni ilə yanaşı, digər ixtisas, hazırlıq fənləri də tədris olunacaq.

Müasir tipli tədris auditoriyadan tələbələr dərsdən sonra ev tapşırıqlarının, sərbəst işlərin yazılması üçün də istifadə edə biləcəklər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır