Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

ADDA əməkdaşlarının elmi-tədqiqat işi AMEA-nın hesabatında yer alıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Humanitar fənlər” kafedrasının əməkdaşları tərəfindən 2021/2025-ci illər üçün aparılan “Müasir Azərbaycanın müstəqilliyini şərtləndirən amillər” adlı elmi-tədqiqat işi Azərbaycan Milli Elmlər Akademiyasının 2021-ci ildəki fəaliyyəti haqqında Hesabata salınıb. (AMEA,  Hesabat, II cild, 2021)

Elmi-tədqiqat işində müstəqilliyimizin bütün dövrlərini və aspektlərini əhatə edən fundamental əsas kimi, “dövlət müstəqilliyi - suverenlikdir” ideyası götürülüb. Burada dövlət suverenliyi anlayışı milli suverenlik anlayışı ilə sıx əlaqədə nəzərdən keçirilir, o cümlədən ərazi bütövlüyü və onun toxunulmazlığı, milli özünüdərki formalaşdıran amillər sırasında mənəvi dəyərlərin xüsusi önəm daşıdığı qeyd olunur.

Elmi-tədqiqat işinin rəhbəri və məsul icraçısı “Humanitar fənlər” kafedrasının müdiri, dosent İlqar Abdullayevdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır