Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Gəmi Təmiri Zavodunda tələbələr üçün təcrübədən öncə təlim keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) yay istehsalat təcrübəsinə hazırlaşan Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) tələbələri üçün təlim təşkil olunub.

“Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə giriş” təlimatını tələbələrə ZGTTZ-nin Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi şöbəsinin əməkdaşları keçib.

Təlimdə tələbələrə zavod haqqında ümumi məlumat, təhlükəsizlik texnikasının, yanğın təhlükəsizliyinin və istehsalat sanitariyasının əsasları, fərdi mühafizə vasitələri ilə tanışlıq və s. biliklər izah edilib.

Qeyd edək ki, tələbələrin cari ilin istehsalat-üzmə təcrübəsi 16 iyun-7 sentyabr arası keçiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır