Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Dəniz nəqliyyatı işçilərinin ilk mətbu orqanının yaradılmasından 93 il ötür

Dəniz nəqliyyatı işçilərinin ilk mətbu orqanının yaradılmasından 93 il ötür. 

1931-ci ilin aprelində "Ştorm" adı ilə nəşrə başlayan qəzet sonrakı illərdə "Kaspi bolşeviki", "Xəzər kommunisti" adlandırılıb. Ötən əsrin 60-cı illərindən "Xəzər dənizçisi" adı ilə buraxılan gəmiçilik qəzeti müstəqillik dövründən "Dəniz" adı ilə nəşr olunub.

Son 6 ildir ki, yeni çağırışlara uyğun olaraq qəzet online formatda - www.seanews.az adı ilə fəaliyyətini davam etdirir.

Azərbaycanın dənizçilik həyatının salnaməsi olan mətbu nümunə dalğalar qoynunda gecə-gündüz səfərlərə çıxan, daşıdıqları milyonlarla ton dinc yüklərlə məmləkətimizin iqtisadi tərəqqisinə təkan verən, yad sularda müstəqil Azərbaycanın üçrəngli bayrağını qürurla dalğalandıran dənizçilərimizin fədakar əməyindən, işə vicdanlı münasibətindən, yüksək mənəvi keyfiyyətlərindən, taleyini dəniz nəqliyyatı ilə bağlayanların sağlamlığı, istirahəti, təhsili ilə bağlı gəmiçilikdə həyata keçirilən mühüm tədbirlərdən hər zaman eyni səmimiyyətlə söz açıb və bu gün də öz ənənəsinə sadiqdir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır