Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Qocaman dənizçi Mahmud Mayılov vəfat edib

Uzun illər Xəzər Dəniz Neft Donanmasında çalışan, 80 illik ömrünün 50 ildən çox hissəsini dənizçiliyə həsr edən Mayılov Mahmud Mirza Ağa oğlu vəfat edib.

Mahmud Mayılov 1941-ci il fevralın 4-də Bakı şəhərində anadan olub. 1958-ci ildə Bakı Dəniz Yolları Məktəbinin 1-ci dərəcəli motorçu ixtisasının məzunu olub.

Elə həmin ildən əmək fəaliyyətinə başlayıb. “Xəzərdənizneftdonanması” idarəsinin üzücü heyətində motorçu şagirdi, 2-ci dərəcəli motorçu peşəsində işləyib. 1959-cu ildən  Pirallahı (Artyom) adası Dəniz nəqliyyatı kontorunda 1-ci dərəcəli motorçu kimi fəaliyyətini davam etdirib.

“Texnik - gəmi sürücüsü” ixtisasına yiyələnmək arzusu onu yenidən Dəniz Yolları Məktəbinə gətirir. 1965-ci ildə bu mərhələni də uğurla keçən Mahmud Mayılov Xəzər Dəniz Gəmiçiliyində 1-ci dərəcəli matros, kapitanın 2-ci köməkçisi vəzifəsində işləyib.

O, Çilov adasının Dəniz nəqliyyat kontorunda baş şturman, müxtəlif gəmilərdə  kapitanın böyük  köməkçisi, kapitan vəzifələrində işləyib.

1971-ci ildə isə hamiyəçi-kapitan kimi işləyən Mahmud Mayılov sonradan yenidən dənizə qayıdır və fəaliyyətini Abşeron Rayon Dəniz Neft Donanma İdarəsində  kapitanın böyük köməkçisi, kapitan kimi davam etdirir.

Mahmud Mayılov bir müddət “Neft Daşları” körpüsü üzrə mühəndis vəzifəsində də işləyib. 

O, 2009-cu ildə Çilov adasında Donanma üzrə dispetçer vəzifəsindən təqaüdə yola salınıb.

ASCO rəhbərliyi və kollektivi adından qocaman dənizçimiz Mahmud Mayılovun vəfatından kədərləndiyimizi bildirir, yaxınlarına başsağlığı veririk.

Allah rəhmət eləsin!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır