Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Sentyabrın son həftəsi Dünya Dəniz Günü kimi qeyd olunur

Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara uyğun olaraq hər il sentyabr ayının sonuncu həftəsi Dünya Dəniz günü kimi qeyd olunur. 

1978-ci ildən qeyd olunan bu gün Beynəlxalq Dəniz Təşkilatı (IMO) Assambleyasının 10-cu sessiyasının qərarı ilə təsis edilib. Dünya Dəniz Günü 1980-ci ilədək martın 17-də keçirilib. Sonra onun qeydolunma tarixinin sentyabrın sonuncu həftəsinə keçirilməsinə qərar verilib.

Dünya Dəniz Gününün məqsədi qanunsuz balıq ovu, suyun çirklənməsi və qlobal istiləşmə nəticəsində dəniz və okeanlarda meydana gələn bərpa oluna bilməyən dəyişikliklərə beynəlxalq səviyyədə diqqət çəkməkdir. Günün ən mühüm vəzifələri isə dəniz daşımalarında ətraf mühitin təhlükəsizliyini artırmaq, dənizin ətraf mühitini xüsusilə neft çirklənmələrindən qorumaq, bioresursların mühafizəsi və brakonyerliklə mübarizənin qarşısını almaqdır.

Onu da qeyd edək ki, hər il Dünya Dəniz Günü bir mövzuya həsr olunur.  2022-ci ildə “Daha yaşıl gəmiçilik üçün yeni texnologiyalar” mövzusu əsas götürülüb. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır