Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

"ASCO istiqrazları" üzrə növbəti faiz ödənişləri həyata keçirilib

ASCO-nun dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə növbəti kupon ödənişləri olub.

İstiqrazlar sahiblərinə ümumilikdə 4,5 milyon ABŞ dolları qazandırıb. Faiz ödənişlərinin 3 milyonu 03 mart 2023-cü ildə dövriyyəyə buraxılan ümumi məbləği 100,000,000 (yüz milyon) ABŞ dolları olan istiqrazlar, 1,5 milyonu isə 23 fevral 2024-cü ildə dövriyyəyə buraxılan ümumi məbləği 50 000 000 (əlli milyon) ABŞ dolları həcmində olan istiqrazların payına düşüb.

Faiz ödənişləri investorların bank hesablarına artıq köçürülüb.

Qeyd edək ki, hər birinin nominal dəyəri 1,000 ABŞ dolları olan “ASCO istiqrazları” 5 illik müddətə tədavülə buraxılıb. İstiqrazlar üzrə faizlər 6 aydan bir ödənilməklə, illik 6% gəlirliliklə emissiya edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır