Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Hindistanda qədim gəmiqayırma texnologiyası bərpa edilir

Hindistanın “Hodi Innovations” gəmiqayırma şirkəti hökumətin dəstəyi ilə kokos ipindən istifadə edərək taxtaları bir-birinə tikməklə gəmi gövdələrinin inşası texnologiyasını bərpa etməyə başlayıb.

Bu barədə “korabel.ru” “The Hindustan Times”-a istinadən xəbər verir.

Yaxtaların istehsalı üzrə ixtisaslaşan şirkətin mütəxəssisləri qədim texnologiyadan istifadə etməklə 20 metrlik iki dorlu gəmi inşa edəcəklər. Onun kvadrat yelkənləri, iki arxa avarları və taxta gövdəsi olacaq.

Gəminin 2025-ci ilin əvvəlində hazır olacağı gözlənilir. Bundan sonra bir sıra sınaqlardan keçməli olacaq.

Gəminin noyabrın sonunda Odişa ştatında keçiriləcək “Baliyatra” festivalına qatılacağı bildirilir.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır