Qara dənizdə fırtına zamanı iki üzən kran toqquşub
Qara dənizin Yenisey körfəzində, "Çayka" dəniz terminalının yaxınlığında iki üzən kran - "Azimut-16" və "SPK - 25/58" gəmiləri fırtına nəticəsində toqquşub.
“portnews.ru” bildirir ki, bu barədə Rusiyanın Qərbi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
“Toqquşma nəticəsində kran gəmilərindən biri sonradan qismən batıb, digərinin gövdəsində su sızması baş verib. Hazırda təmir işləri başa çatıb. Ərazidə ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün zəruri tədbirlər görülür”, - məlumatda deyilir.
Həmçinin bildirilir ki, gəmiçilik və naviqasiya təhlükəsizliyinə dair qanunvericiliyə əməl olunmasını təmin etmək üçün nəzarət fəaliyyəti təşkil edilib.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


