Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Nigeriyanın Onne şəhərindəki “WACT” terminalı modernləşdirilir

“APM Terminals” Nigeriyanın Onne şəhərində yerləşən “West Africa Container Terminal”-ın (“WACT”) modernləşdirilməsi layihəsinə başlayır. Layihənin dəyəri 115 milyon dollardır.

“APM Terminals” qeyd edir ki, terminalın modernləşdirilməsi yüklərin işlənməsinin sürətini artıracaq, gəmilərin yük əməliyyatına dayanma vaxtını azaldacaq və Qərbi Afrika terminalına gəmi yanalmalarının sayını artıracaq.

Layihə konteyner anbarının sahəsinin demək olar ki, iki dəfə artırılmasını, yükaşırma avadanlığının alınmasını və ofis binalarının tikintisini nəzərdə tutur. Terminala yeni liman kranları və digər yükdaşıma avadanlıqları gətiriləcək. Yük maşınlarının avtomatik buraxılması və konteynerlərlə bağlı ən müasir məlumat mərkəzi sistemləri tətbiq ediləcək.

“APM Terminals”-ın dekarbonizasiya siyasətinin bir hissəsi kimi 1 MVt istehsal gücünə malik günəş panellərinin quraşdırılması da nəzərdə tutulur.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır