Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Yeddi sualtı qayığın tikintisi Tayvana 8,88 milyard dollara başa gələcək

Tayvan Hərbi Dəniz Qüvvələri üçün sualtı qayıqların istehsal qrafiki hərbi dənizçilərin təkidi ilə dəyişdiriləcək.

Bu barədə “korabel.ru” “CNA” agentliyinə istinadən məlumat yayıb.

Əvvəllər sualtı qayıqların üç mərhələdə tikintisi planlaşdırılırdı: 3 qayıq, daha sonra 2 qayıq və daha 2 qayıq. İndi 2-3-2 ardıcıllığı ilə inşa etməyi planlaşdırırlar. Hərbçilər bunu onunla izah edirlər ki, ilk iki qayıq istehsal edildikdən sonra ikinci və üçüncü pillədəki qayıqların konstruksiyasında dəyişiklik etmək istəyə bilərlər.

Xatırladaq ki, yeddi sualtı qayığın tikintisi Tayvana 8,88 milyard dollara başa gələcək. Gəmilərin inşasına gələn il başlanacaq və sonuncunun 2038-ci ildə təhvil verilməsi nəzərdə tutulur.

Onu da xatırladaq ki, Tayvan öz istehsalı olan ilk sualtı qayığı bu ilin iyulunda suya buraxıb.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır