Yunanıstanda kruiz gəmilərinin sərnişinlərinə liman vergisi tətbiq olunacaq
Yunanıstan kruiz gəmilərinin sərnişinlərinə liman vergisi tətbiq edəcək.
“korabel.ru” xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Salonikidə keçirdiyi mətbuat konfransında məlumat verib.
Yunanıstan limanında gəmidən düşən hər bir sərnişinə kruiz vergisi tətbiq olunacağından danışarkən Mitsotakis bildirib ki, ödəniş Santorini və Mikonos limanlarında daha yüksək, digər limanlarda isə daha aşağı olacaq.
"Kruiz gəmiləri Santorini və Mikonosda çox yüksək yükə səbəb olur. Buna görə də biz kruiz vergisi kimi tədbirləri təşviq edirik, bu əhəmiyyətli olacaq və indi sizə deyə bilərəm ki, gərgin aylarda bu, adam başına 20 avro olacaq. Gəlirin bir hissəsi yerli hakimiyyət orqanlarına yönləndiriləcək”, - deyə Baş nazir əlavə edib.
“Seanews.az”


