Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Danimarka Rusiya ilə əlaqəli 27 gəmi üçün limanlarını bağlayıb

Danimarka hakimiyyəti Rusiya ilə əlaqəli 27 gəminin limanlarına və lövbər dayanacaqlarına daxil olmasını qadağan edib.

Bu barədə “Splash24/7” yerli mənbələrə istinadən xəbər verir.

Təlimatlar həmçinin Rusiya gəmilərinə bunker və təchizat tədarükü də daxil olmaqla xidmətlərin göstərilməsini qadağan edir. Sənəddə deyilir ki, "kölgə donanması"ndakı gəmilər adlarını dəyişə bildiyi üçün onları Beynəlxalq Dəniz Təşkilatının nömrələri ilə yoxlamaq lazımdır.

Qərar Avropa İttifaqının 27 Rusiya gəmisini əhatə edən 14-cü anti-Rusiya sanksiyalar paketi təqdim edildikdən sonra verilib.

Bu arada ABŞ Rusiyaya bağlı daha iki gəmini: “New Energy” və “Mulan” qaz daşıyıcılarını sanksiyalar siyahısına əlavə edib. “New Energy”-nin Misir sahillərində sanksiyaya məruz qalan başqa bir gəmidən - “Pioneer”dən “gəmidən gəmiyə” yolu ilə LNG götürdüyü deyilir. “Mulan” gəmisinin nədə “günahkar” olduğu isə bildirilmir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır