Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Jiangsu Zhenjiang Shipyard” 4 gəmini “COSCO” gəmiçilik şirkətinə təhvil verib

Çinin “Jiangsu Zhenjiang Shipyard” tərsanəsi sentyabrın 8-də dörd gəmini “COSCO Shipping Bulk Cargo Transportation” gəmiçilik şirkətinə təhvil verib.

Bu barədə gəmiqayırma qrupunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Bir kəmər, bir yol” layihəsi çərçivəsində iki quru yük gəmisi və gücü 2,6 min kVt olan iki yedək gəmisi inşa edilib və vaxtından əvvəl təhvil verilib. Toplu daşıyıcılardan Qvineyadakı yataqlardan boksitin daşınması üçün (“Guinea Bauxite” layihəsi) istifadə olunacaq.

Quru yük gəmisinin hər birinin dedveyti 12 min ton, uzunluğu 111 metr, eni 30 metr, hündürlüyü 7,5 metr, suya oturumu 4,88 metrdir.

Yedək gəmisinin uzunluğu 36,5 metr, eni 10,8 metr, hündürlüyü 4,35 metr, dartma gücü 51,5 ton, sürəti 12,3 düyündür.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır