Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Yeni tanker “ExxonMobil”-in keçmiş sədri və baş direktorunun şərəfinə “Rex Tillerson” adlandırılıb

Enerji şirkəti “QatarEnergy” ilk standart tutumlu LNG daşıyıcısına ad vermə mərasimi keçirib. Tanker “ExxonMobil”-in keçmiş sədri və baş direktorunun şərəfinə “Rex Tillerson” adlandırılıb.

Şirkətin mətbuat xidmətinin məlumatında belə deyilir.

Eyni mərasimdə “QatarEnergy”-nin ikinci tankerinə “Umm Ghuwailina” adı verilib. Hər iki gəmi Çinin “Hudong-Zhonghua” (Şanxay) gəmiqayırma zavodunda inşa edilib.

Tankerlər iki yanacaqlı mühərriklərlə təchiz edilib və yanacaq sərfiyyatını azaltmaq üçün ən müasir texnologiya ilə təchiz edilib.

Xatırladaq ki, “QatarEnergy” öz donanmasını yeniləmək üçün genişmiqyaslı proqram həyata keçirir və bu proqram çərçivəsində şirkətin donanmasında gəmilərin ümumi sayı yaxın illərdə 128-ə çatacaq.  

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır