“THE Alliance” üzvləri yeni alyansda əməkdaşlığı davam etdirəcəklər
“THE Alliance” üzvləri: “Ocean Network Express” (“ONE”), “HMM” və “Yang Ming Marine Transportation” gəmiçilik şirkətləri “Premier Alliance” adlı alyansda əməkdaşlığı davam etdirəcəklər.
“SeaNews.ru”-nun “ONE” şirkətinə istinadən verdiyi məlumata görə, alyans 2025-ci ilin fevralında yeni adla fəaliyyətə başlayacaq.
Alyans çərçivəsində onun üzvləri əsasən Şərq-Qərb ticarətində: Asiya - Şimali Amerikanın qərb sahili, Asiya - Şimali Amerikanın şərq sahili, Asiya - Aralıq dənizi, Asiya - Şimali Avropa və sair xətlərdə xidmətlər həyata keçirirlər.
“Premier Alliance” Asiya-Avropa ticarətində “MSC” gəmiçilik şirkəti ilə slot mübadiləsi sazişi çərçivəsində əməkdaşlıq edəcək.
Xatırladaq ki, “Maersk” və “MSC” gəmiçilik şirkətlərinin yaratdığı “2M” ittifaqının müddəti 2025-ci ilin yanvarında başa çatacaq. Eyni zamanda, “Hapag-Lloyd” şirkəti “THE Alliance”-ni tərk edəcək və 2025-ci ilin yanvar ayından “Gemini Cooperation” alyansının bir hissəsi olaraq “Maersk”-ə qoşulacaq.
“Seanews.az”


